Surə 11 · Cüz 12

Hud · 11:81

قَالُوا يَا لُوطُ إِنَّا رُسُلُ رَبِّكَ لَنْ يَصِلُوا إِلَيْكَ ۖ فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِنَ اللَّيْلِ وَلَا يَلْتَفِتْ مِنْكُمْ أَحَدٌ إِلَّا امْرَأَتَكَ ۖ إِنَّهُ مُصِيبُهَا مَا أَصَابَهُمْ ۚ إِنَّ مَوْعِدَهُمُ الصُّبْحُ ۚ أَلَيْسَ الصُّبْحُ بِقَرِيبٍ

81. Mələklər dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçi­ləriyik. On­lar əsla sənə zə­rər yetirə bil­məz­lər. Gecənin bir vax­tın­da ar­va­dın­dan başqa bütün ailən­lə yola düş. Qoy içi­niz­dən heç kəs dönüb ar­xa­ya baxmasın. Çünki onların ba­şına gə­ləcək müsibət onun da ba­şı­na gələ­cək­dir. Onların hə­lak olmaq vax­tı səhərdir. Məgər səhər ya­xın deyilmi?”

Təfsir

Mələklər Luta - aleyhissəlam- dedilər: "Ey Lut! Biz, Allahın göndərdiyi elçilərik. Qövmün sənə heç bir zə­rər yetirə bil­məz­. Gecənin zülmət qaranlığında ar­va­dın­dan başqa bütün ailən­lə birğə kənddən çıxın. Qoy içi­niz­dən heç kəs dönüb ar­xa­sına baxmasın. Amma arvadın sizə müxalif olaraq dönüb geriyə baxacaqdır. Çünki onların ba­şına gə­ləcək müsibət onun da ba­şı­na gələ­cək­dir. Onların hə­lak olmaq vax­t, səhər çağıdır. Bu olduqca yaxın bir vaxtdır".

Oxuyucuda aç - Surəni tam oxu