Surə 11 · Cüz 12
Hud · 11:57
فَإِنْ تَوَلَّوْا فَقَدْ أَبْلَغْتُكُمْ مَا أُرْسِلْتُ بِهِ إِلَيْكُمْ ۚ وَيَسْتَخْلِفُ رَبِّي قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّونَهُ شَيْئًا ۚ إِنَّ رَبِّي عَلَىٰ كُلِّ شَيْءٍ حَفِيظٌ
57. Əgər üz çevirsəniz, bilin ki, mənə əmr olunanı sizə çatdırdım. Rəbbim yerinizə başqa bir qövm gətirər və siz də Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir”.
Təfsir
Əgər siz, mənim gətirdiyim dindən üz çevirib getsəniz, bilin ki, mənim borcum bu dini sizə çatdırmaqdır. Mən, Allahın mənə göndərdiyi bu dini və sizə təbliğ etməyi mənə əmr etdiyi hər bir şeyi və sizə çatdırdım. Artıq sizə haqq çatmışdır. Sizə gətirdiyim dindən üz çevirdiyinizə görə Rəbbim sizi məhv edəcək, yerinizə başqa bir qövm gətirəcəkdir. Sizin yalan sayıb, üz çevirməniz istər böyük, istərsədə ki, kişik olmasından aslı olmayaraq Allaha heç bir zərər yetirməz. Çünki Allah qullarına möhtac deyildir. Şübhəsiz ki, Rəbbim hər şeyi müşahidə edən və sizin mənə qarşı ediyiniz pisliklərdən məni qoruyanda Odur!"