Surə 11 · Cüz 12
Hud · 11:56
إِنِّي تَوَكَّلْتُ عَلَى اللَّهِ رَبِّي وَرَبِّكُمْ ۚ مَا مِنْ دَابَّةٍ إِلَّا هُوَ آخِذٌ بِنَاصِيَتِهَا ۚ إِنَّ رَبِّي عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
56. Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim düz yoldadır (ədalətlə hökm verir).
Təfsir
Mən yalnız tək olan Allaha təvəkkül etdib, işimi ona həvalə etdim. O, məmim də, sizin də Rəbbinizdir. Yer üzündə elə bir məxluq yoxdur ki, Allaha boyun əyməsin və Onun hökmüranlığı və sultanlığı altında olmasın. Allah bütün məxluqatı istədiyi kimi idarə edər. Həqiqətən, mənim Rəbbim haqq və ədalət üzərindədir. O sizin mənim üzərimdə güc sahibi olmağınıza əsla izin verməz. Çünki mən haqq üzərindəyəm, siz isə batil üzərində.