Surə 11 · Cüz 12
Hud · 11:58
وَلَمَّا جَاءَ أَمْرُنَا نَجَّيْنَا هُودًا وَالَّذِينَ آمَنُوا مَعَهُ بِرَحْمَةٍ مِنَّا وَنَجَّيْنَاهُمْ مِنْ عَذَابٍ غَلِيظٍ
58. Əmrimiz gəldikdə Hudu və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik və onları ağır bir əzabdan qurtardıq.
Təfsir
Huhun qövmünü həlak edəcəyimizə dair əmrimiz gəldikdə, Biz Hudu və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik və onları qövmündən olan kafirlərə verdiyimiz ağrılı-acılı əzabdan qurtardıq.