Surə 11 · Cüz 11
Hud · 11:4
إِلَى اللَّهِ مَرْجِعُكُمْ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
4. Siz Allahın hüzuruna qayıdacaqsınız. O, hər şeyə qadirdir.
Təfsir
Ey İnsanlar! Qiyamət günü dönüşünüz yalnız tək Allahadır. Uca Allah hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz. Sizi öldürüb, qəbirlərinizdən dirildib çıxardıqdan sonra sizi hesaba çəkmək Ona çətin olmaz.