Surə 11 · Cüz 11
Hud · 11:5
أَلَا إِنَّهُمْ يَثْنُونَ صُدُورَهُمْ لِيَسْتَخْفُوا مِنْهُ ۚ أَلَا حِينَ يَسْتَغْشُونَ ثِيَابَهُمْ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ۚ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
5. Baxın, onlar ürəklərindəki küfrü ört-basdır edirlər ki, Allahdan gizlənsinlər. Doğrusu, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, kökslərdə olanları bilir.
Təfsir
Agah olun ki, müşriklər, cahillikləri üzündən qəlblərindəki, Allah barədə olan şəkk-şübhəni gizlətməyə çalışırlar. Bilin ki, Allah onların palratlarını başlarına bürüdüklərini də, qəlblərindəkini, gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, qəlblərin gizli saxladıqlarını daha yaxşı biləndir.