Surə 11 · Cüz 11
Hud · 11:2
أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ ۚ إِنَّنِي لَكُمْ مِنْهُ نَذِيرٌ وَبَشِيرٌ
2. Bu ona görədir ki, Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən Onun tərəfindən sizi xəbərdar edən və müjdələyənəm.
Təfsir
Muhəmməd peyğəmbərə (sallallahu aleyhi və səlləm) nazil edilən bu ayələrin məzmunu, insanları Allahla yanaşı başqasına ibadət etməkdən çəkindirməkdir. Ey İnsanlar! Əgər siz Allaha küfr edib, Ona üsyan etsəniz, mən sizi Allahın əzabından qorxudan, əgər Allaha iman edib, Onun şəriətinə əməl edəsənizsə, sizi bunun savabı ilə müjdələyənəm.