Surə 11 · Cüz 11
Hud · 11:1
الر ۚ كِتَابٌ أُحْكِمَتْ آيَاتُهُ ثُمَّ فُصِّلَتْ مِنْ لَدُنْ حَكِيمٍ خَبِيرٍ
1. Əlif. Ləm. Ra. Bu, Müdrik, hər şeydən Xəbərdar olan Allah tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir Kitabdır.
Təfsir
﴾Əlif. Ləm. Ra﴿. Bu ayə ilə əlaqəli açıqlama əl-Bəqərə surəsinin əvvəlində keçmişdir. Quran, ayələri tərtib və məna baxımından mükəmməlləşdirilmiş bir kitabdır. Orada heç bir xələl və ya naqislik görə bilməzsən. Sonra bu kitabda, idarə etməsində və şəri hökmlərində hikmət sahibi və qulllarının hər bir halından xəbərdar olan, qullarının nə ilə islah olacağını bilən Uca Allah tərəfindən halal, haram, əmrlər, qadağalar, müjdə, əzab və olub keçmiş ümmətlərin və s. başqa xəbərlər bəyan edilmişdir.