Surə 11 · Cüz 12

Hud · 11:17

أَفَمَنْ كَانَ عَلَىٰ بَيِّنَةٍ مِنْ رَبِّهِ وَيَتْلُوهُ شَاهِدٌ مِنْهُ وَمِنْ قَبْلِهِ كِتَابُ مُوسَىٰ إِمَامًا وَرَحْمَةً ۚ أُولَٰئِكَ يُؤْمِنُونَ بِهِ ۚ وَمَنْ يَكْفُرْ بِهِ مِنَ الْأَحْزَابِ فَالنَّارُ مَوْعِدُهُ ۚ فَلَا تَكُ فِي مِرْيَةٍ مِنْهُ ۚ إِنَّهُ الْحَقُّ مِنْ رَبِّكَ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يُؤْمِنُونَ

17. Məgər Rəbbindən açıq-aydın bir dəlilə istinad edən, ar­dınca Ondan bir şahid (Cəb­rail) gələn, ondan da əv­vəl rəh­bər və mər­hə­mət olmuş Musa­nın Kitabı­nı təsdiqlədiyi kimsə ka­firə tay ola bilərmi? Müsəlman­lar Qurana iman gəti­rir­lər. Onu in­kar edən firqələrin vəd olun­duğu yer oddur. Sənin isə Qu­rana heç bir şüb­hən olmasın. Çün­ki bu, sə­nin Rəbbindən gə­lən haqdır, lakin insan­ların ço­xu bu­na inanmır.

Təfsir

İçində uca Rəbbindən açıq-aydın bir dəlil, ar­dınca Rəbbi tərəfindən onu təqib edən bir şahid - Cəb­rail - gələn və ondan əvvəl insanllara bir örnək və rəhmət olaraq Musa­ya nazil edilən Tövratda onun peyğəmbərliyi qeyd edilən Muhəmməd Peyğəmbər (sallallahu aleyhi və səlləm) və onunla birlikdə olanlar, zəlalət işərisində çaşıb qalan ka­firlərlə tay ola bilməz. Möminlər, Qurana və özünə Quran nazil edilən Muhəmməd Peyğəmbərə (sallallahu aleyhi və səlləm) iman gəti­rir­lər. Başqa dinlərdən olan hər kim Quranı in­kar etsə, Qiyamət günü onun vəd olun­duğu yer oddur. Ey Peyğəmbər! Sənin, Qu­rana və kafirlərə vəd edilmiş əzab barədə heç bir şüb­hən olmasın. Çün­ki Quran, işərisində heç bir şəkk-şübhəyə yer olmayan haqdır. Lakin insan­ların ço­xu kifayət qədər açıq-aydın dəlillərin olmasına rəğmən yenə də bu­na inanmazlar.

Oxuyucuda aç - Surəni tam oxu