Surə 11 · Cüz 12
Hud · 11:16
أُولَٰئِكَ الَّذِينَ لَيْسَ لَهُمْ فِي الْآخِرَةِ إِلَّا النَّارُ ۖ وَحَبِطَ مَا صَنَعُوا فِيهَا وَبَاطِلٌ مَا كَانُوا يَعْمَلُونَ
16. Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar.
Təfsir
Bu çirkin xislətlərə sahib olan kimsələr üçün Qiyamət günü daxil olacaqları oddan başqa heç bir pay yoxdur. Onların dünyada etdikləri əməllərinin savabı elə dünyada ikən boşa çıxmış və puç olmuşdur. Çünki onlar, bu əməlləri etdikdə Allaha iman gətirməmişdilər və bu əməllər səbəbi ilə Allahın razılığını qazanmaq və Cənnəti arzulayaraq doğru bir niyyət ilə etməmişdilər.