Surə 11 · Cüz 12
Hud · 11:15
مَنْ كَانَ يُرِيدُ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَالَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ
15. Kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər.
Təfsir
Kim yaxşı əməllər etməklə axirətdən vaz keçərək sadəcə dünya həyatını və onun fani ləzzətini istəyirsə, Biz onlara əməllərinin əvəzini: sağlamlıq, əmin-amanlıq və bol-bol ruzi verməklə elə dünyada ikən tam şəkildə verərik və əməllərinin savabından heç bir şey əksiltmərik.