Surə 10 · Cüz 11
Yunus · 10:14
ثُمَّ جَعَلْنَاكُمْ خَلَائِفَ فِي الْأَرْضِ مِنْ بَعْدِهِمْ لِنَنْظُرَ كَيْفَ تَعْمَلُونَ
14. Sonra onların ardınca sizi yer üzündə xələflər etdik ki, görək necə davranacaqsınız.
Təfsir
Ey insanlar! Biz Peyğəmbərləri yalan sayan ümmətləri məhv etdikdən sonra onların ardınca sizin nə əməllər edəcəyinizi, yaxşı əməllər edib savab qazanacağınızı, yoxsa şər əməllər edib günah qazanacağınızı görmək üçün sizi yer üzündə xələflər təyin etdik.