Surə 10 · Cüz 11
Yunus · 10:13
وَلَقَدْ أَهْلَكْنَا الْقُرُونَ مِنْ قَبْلِكُمْ لَمَّا ظَلَمُوا ۙ وَجَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ وَمَا كَانُوا لِيُؤْمِنُوا ۚ كَذَٰلِكَ نَجْزِي الْقَوْمَ الْمُجْرِمِينَ
13. Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda onlara inanmadıqlarına görə məhv etdik. Biz günahkar adamları belə cəzalandırırıq.
Təfsir
Ey müşriklər! Biz sizdən əvvəlki ümmətləri Allahın elçilərini yalan sayıb, günahlar etdiklərinə görə məhv etdik. Özlərinə göndərdiyimiz elçiləri onlara, o elçilərin həqiqətən də, Allah tərəfində göndərilən elçilər olduğuna dəlalət edən açıq-aydın dəlillər gətirdikləri halda, onlar, iman gətirməyə hazır olmadıqları üçün elçilərə iman gətirmədilər. Allah bu səbəbdən onları rəzil etdi və onlara iman gətirməyə müvəffəq etmədi. Biz o zalim ümmətləri cəzalandırtdığımız kimi, zaman və məkandan aslı olmayaraq onların yolunu tutub gedən hər bir günahkar adamları belə cəzalandırırıq.