Surə 10 · Cüz 11
Yunus · 10:12
وَإِذَا مَسَّ الْإِنْسَانَ الضُّرُّ دَعَانَا لِجَنْبِهِ أَوْ قَاعِدًا أَوْ قَائِمًا فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهُ مَرَّ كَأَنْ لَمْ يَدْعُنَا إِلَىٰ ضُرٍّ مَسَّهُ ۚ كَذَٰلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُوا يَعْمَلُونَ
12. İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi keçib gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi.
Təfsir
Günah etməkdə özünə zülüm edəm insana bir xəstəlik yaxud bir bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da o xəstəliyin və ya bəlanın aradan qaldırılması üçün, zəlil halda və yalvararaq Bizə dua edər. Biz onun duasına cavab verib bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi üz çevirib gedər. Üz çevirib gedən bu inadkar insana özlərinin zəlalətdə qalıb, günahlarda davam etmələri onlara əməlləri gözəl göstərildiyi kimi, küfr etməklə həddi aşanlara da etdikləri küfr və asi əməllər beləcə gözəl göstərildi. Onlar bu əməlləri əsla əl çəkməzlər.