Surə 10 · Cüz 11
Yunus · 10:11
۞ وَلَوْ يُعَجِّلُ اللَّهُ لِلنَّاسِ الشَّرَّ اسْتِعْجَالَهُمْ بِالْخَيْرِ لَقُضِيَ إِلَيْهِمْ أَجَلُهُمْ ۖ فَنَذَرُ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ
11. Əgər Allah insanlara istədikləri xeyri tez verdiyi kimi, şəri də tez versəydi, əlbəttə, onların əcəli çatmış olardı. Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri isə azğınlıqları içində sərgərdan dolaşan vəziyyətdə tərk edərik.
Təfsir
Əgər Allah insanların yaxşı dualarını tez qəbul etdiyi kimi, qəzəbli halda özlərinə, övladlarına və var-dövlətlərinə qarşı etdikləri bəd duaları da dərhal qəbul etsəydi, onları çoxdan məhv edərdi. Lakin Allah bəndələrinə əzab verməkdə tələsməz, özlərini islah edib pis əməllərdən çəkinmək üçün möhlət verər. Bizimlə – Allahın əzabından qorxub, Allah yanında olan savaba ümüd etmədikləri üçün – qarşılaşacaqlarına inanmadıqlarına görə, hesab günü onları azğınlıqları içində özünü itirmiş, çaşıb qalmış bir halda tərk edərik.