عَمَّ يَتَسَاءَلُونَ1
1. Onlar nə barədə bir-birindən soruşurlar?
عَنِ النَّبَإِ الْعَظِيمِ2
2. Böyük bir xəbər barəsində –
الَّذِي هُمْ فِيهِ مُخْتَلِفُونَ3
3. elə bir xəbər ki, onlar onun haqqında ziddiyyətdədirlər.
كَلَّا سَيَعْلَمُونَ4
4. Xeyr, onlar Qiyamətin həqiqət olduğunu hökmən biləcəklər!
ثُمَّ كَلَّا سَيَعْلَمُونَ5
5. Bir daha xeyr! Onlar hökmən biləcəklər!
أَلَمْ نَجْعَلِ الْأَرْضَ مِهَادًا6
6. Məgər Biz yeri yataq etmədikmi?
وَالْجِبَالَ أَوْتَادًا7
7. Dağları da payalar?
وَخَلَقْنَاكُمْ أَزْوَاجًا8
8. Biz sizi cüt yaratdıq.
وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا9
9. Yuxunuzu da sizin üçün rahatlıq etdik.
وَجَعَلْنَا اللَّيْلَ لِبَاسًا10
10. Gecəni örtük etdik,
وَجَعَلْنَا النَّهَارَ مَعَاشًا11
11. gündüzü isə ruzi qazanmaq vaxtı.
وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا12
12. Üstünüzdə yeddi möhkəm göy qurduq
وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا13
13. və çox parlaq bir çıraq yaratdıq.
وَأَنْزَلْنَا مِنَ الْمُعْصِرَاتِ مَاءً ثَجَّاجًا14
14. Biz buludlardan şırıl-şırıl axan yağmur endirdik ki,
لِنُخْرِجَ بِهِ حَبًّا وَنَبَاتًا15
15. onunla toxum və digər bitkilər yetişdirək,
وَجَنَّاتٍ أَلْفَافًا16
16. habelə ağaclarının qol-budaqları bir-birinə sarmaşan bağlar salaq.
إِنَّ يَوْمَ الْفَصْلِ كَانَ مِيقَاتًا17
17. Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir!
يَوْمَ يُنْفَخُ فِي الصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا18
18. Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz.
وَفُتِحَتِ السَّمَاءُ فَكَانَتْ أَبْوَابًا19
19. O gün göyün qapıları açılacaq.
وَسُيِّرَتِ الْجِبَالُ فَكَانَتْ سَرَابًا20
20. Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcək.
إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا21
21. Həqiqətən, Cəhənnəm pusquda dayanıb kafirləri gözləyir.
لِلطَّاغِينَ مَآبًا22
22. O, həddi aşanların qayıdacağı yerdir.
لَابِثِينَ فِيهَا أَحْقَابًا23
23. Onlar orada əsrlər boyu qalacaqlar.
لَا يَذُوقُونَ فِيهَا بَرْدًا وَلَا شَرَابًا24
24. Onlar orada nə bir sərinlik, nə də sərinləşdirici içki dadacaqlar.
إِلَّا حَمِيمًا وَغَسَّاقًا25
25. İçdikləri yalnız qaynar su və irin olacaq –
جَزَاءً وِفَاقًا26
26. törətdikləri əməllərinə uyğun bir cəza kimi.
إِنَّهُمْ كَانُوا لَا يَرْجُونَ حِسَابًا27
27. Çünki, onlar haqq-hesab çəkiləcəyini güman etmirdilər.
وَكَذَّبُوا بِآيَاتِنَا كِذَّابًا28
28. Ayələrimizi də qətiyyətlə təkzib edirdilər.
وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ كِتَابًا29
29. Biz hər bir şeyi hesablayıb yazmışıq.
فَذُوقُوا فَلَنْ نَزِيدَكُمْ إِلَّا عَذَابًا30
30. Elə isə dadın əzabı! Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!
إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا31
31. Həqiqətən, müttəqilər üçün nicat yeri vardır.
حَدَائِقَ وَأَعْنَابًا32
32. Həmçinin bağlar və üzümlüklər,
وَكَوَاعِبَ أَتْرَابًا33
33. dolğun döşlü həmyaşıd qızlar
وَكَأْسًا دِهَاقًا34
34. və ləbələb doldurulmuş qədəhlər də vardır!
لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّابًا35
35. Onlar orada nə mənasız sözlər, nə də iftira eşidəcəklər.
جَزَاءً مِنْ رَبِّكَ عَطَاءً حِسَابًا36
36. Bunlar sənin Rəbbindən olan mükafatlar, artıqlaması ilə verilən töhfələrdir.
رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا الرَّحْمَٰنِ ۖ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًا37
37. Göylərin, yerin və onların arasında olanların Rəbbi ər-Rəhmanın mükafatdır. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar.
يَوْمَ يَقُومُ الرُّوحُ وَالْمَلَائِكَةُ صَفًّا ۖ لَا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَٰنُ وَقَالَ صَوَابًا38
38. Ruh Cəbrail və mələklər səf-səf duracağı gün, ər-Rəhmanın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq.
ذَٰلِكَ الْيَوْمُ الْحَقُّ ۖ فَمَنْ شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ مَآبًا39
39. O gün, gerçək bir gündür. Kim istəsə öz Rəbbi yanında sığınacaq tapar!
إِنَّا أَنْذَرْنَاكُمْ عَذَابًا قَرِيبًا يَوْمَ يَنْظُرُ الْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ الْكَافِرُ يَا لَيْتَنِي كُنْتُ تُرَابًا40
40. Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!”