Surə 78 · Cüz 30
An-Naba · 78:39
ذَٰلِكَ الْيَوْمُ الْحَقُّ ۖ فَمَنْ شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ مَآبًا
39. O gün, gerçək bir gündür. Kim istəsə öz Rəbbi yanında sığınacaq tapar!
Təfsir
Sizə vəsf edilən o gün, vaqe olacağına şübhə olmayan bir gündür. Kim o gün Allahın əzabından qurtulmaq istəyirsə, qoy istədiyinə nail olmaq üçün Rəbbini razı salacaq saleh əməllər etsin.