Surə 78 · Cüz 30
An-Naba · 78:40
إِنَّا أَنْذَرْنَاكُمْ عَذَابًا قَرِيبًا يَوْمَ يَنْظُرُ الْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ الْكَافِرُ يَا لَيْتَنِي كُنْتُ تُرَابًا
40. Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!”
Təfsir
Ey insanlar! Biz sizi baş verəcək yaxın əzab barədə xəbərdar etdik. O gün insan dünyada nə əməllər etdiyini görəcək, kafir isə həmin gün heyvanlara: "Torpaq ol!"- deyildiyini gördükdə, əzabdan xilas olmaq üçün təmənna edib deyəcək: "Kaş mən də, bu heyvanlar kimi torpaq olaydım"