Al-Mutaffifin

سورة المطففين

Surə 83 · Məkki · 36 ayə

83:1Cüz 30 · s. 587

وَيْلٌ لِلْمُطَفِّفِينَ1

1. Çəkidə və ölçüdə alda­dan­ların vay halına!
83:2Cüz 30 · s. 587

الَّذِينَ إِذَا اكْتَالُوا عَلَى النَّاسِ يَسْتَوْفُونَ2

2. O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq is­tə­yər­lər,
83:3Cüz 30 · s. 587

وَإِذَا كَالُوهُمْ أَوْ وَزَنُوهُمْ يُخْسِرُونَ3

3. onlar üçün bir şey ölç­dük­də və ya çəkdikdə isə onları zi­yana sa­lar­lar.
83:4Cüz 30 · s. 587

أَلَا يَظُنُّ أُولَٰئِكَ أَنَّهُمْ مَبْعُوثُونَ4

4. Onlar dirildiləcəkləri barədə fi­kirləş­mir­lərmi?!
83:5Cüz 30 · s. 588

لِيَوْمٍ عَظِيمٍ5

5. Özü də əzəmətli bir gün­də.
83:6Cüz 30 · s. 588

يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِينَ6

6. O gündə ki, insanlar aləm­lərin Rəb­binin qarşısında duracaq­lar.
83:7Cüz 30 · s. 588

كَلَّا إِنَّ كِتَابَ الْفُجَّارِ لَفِي سِجِّينٍ7

7. Xeyr! Həqiqətən, günah­karların kitabı Siccin­dədir.
83:8Cüz 30 · s. 588

وَمَا أَدْرَاكَ مَا سِجِّينٌ8

8. Sən haradan biləsən ki, Siccin nədir?!
83:9Cüz 30 · s. 588

كِتَابٌ مَرْقُومٌ9

9. O, yazılı bir kitabdır!
83:10Cüz 30 · s. 588

وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ10

10. O gün haqqı yalan hesab edən­lərin vay halına!
83:11Cüz 30 · s. 588

الَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ الدِّينِ11

11. O kəslər ki, Din gü­nünü yalan hesab edir­lər.
83:12Cüz 30 · s. 588

وَمَا يُكَذِّبُ بِهِ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ12

12. Amma bunu, həddini aşan gü­nahkardan başqa, heç kəs ya­lan hesab etməz.
83:13Cüz 30 · s. 588

إِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ13

13. Ayələrimiz ona oxun­du­ğu za­man: “Bu, keçmişdə­kilə­rin uy­dur­duğu əfsanə­lər­dir!”– deyir.
83:14Cüz 30 · s. 588

كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِمْ مَا كَانُوا يَكْسِبُونَ14

14. Xeyr! Onların qəlbini qa­zan­dıq­ları günahlar bürü­müş­dür.
83:15Cüz 30 · s. 588

كَلَّا إِنَّهُمْ عَنْ رَبِّهِمْ يَوْمَئِذٍ لَمَحْجُوبُونَ15

15. Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!
83:16Cüz 30 · s. 588

ثُمَّ إِنَّهُمْ لَصَالُو الْجَحِيمِ16

16. Sonra onlar Cəhənnəmə girə­cəklər.
83:17Cüz 30 · s. 588

ثُمَّ يُقَالُ هَٰذَا الَّذِي كُنْتُمْ بِهِ تُكَذِّبُونَ17

17. Sonra onlara deyiləcək: “Bu­dur sizin yalan hesab et­di­yi­niz Cə­hən­nəm!”
83:18Cüz 30 · s. 588

كَلَّا إِنَّ كِتَابَ الْأَبْرَارِ لَفِي عِلِّيِّينَ18

18. Xeyr! Həqiqətən, yaxşıların ki­tabı İlliyyun­dadır!
83:19Cüz 30 · s. 588

وَمَا أَدْرَاكَ مَا عِلِّيُّونَ19

19. Sən haradan biləsən ki, İlliyyun nədir?!
83:20Cüz 30 · s. 588

كِتَابٌ مَرْقُومٌ20

20. O, elə bir yazılı kitabdır ki,
83:21Cüz 30 · s. 588

يَشْهَدُهُ الْمُقَرَّبُونَ21

21. onu yalnız Allaha yaxın olanlar görürlər!
83:22Cüz 30 · s. 588

إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ22

22. Həqiqətən, yaxşılar ne­mət içində ola­caqlar.
83:23Cüz 30 · s. 588

عَلَى الْأَرَائِكِ يَنْظُرُونَ23

23. Onlar taxtlar üstündə sey­rə dala­caqlar.
83:24Cüz 30 · s. 588

تَعْرِفُ فِي وُجُوهِهِمْ نَضْرَةَ النَّعِيمِ24

24. Sən onların üzündə səadət parlaqlığı görəcəksən.
83:25Cüz 30 · s. 588

يُسْقَوْنَ مِنْ رَحِيقٍ مَخْتُومٍ25

25. Onlara möhürlü şərab­dan içirdi­ləcək.
83:26Cüz 30 · s. 588

خِتَامُهُ مِسْكٌ ۚ وَفِي ذَٰلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَ26

26. Onun möhürü müşk­dür. Qoy yarışanlar ona nail olmaq üçün yarışsınlar!
83:27Cüz 30 · s. 588

وَمِزَاجُهُ مِنْ تَسْنِيمٍ27

27. Onun qatışığı təsnim bula­ğın­dandır.
83:28Cüz 30 · s. 588

عَيْنًا يَشْرَبُ بِهَا الْمُقَرَّبُونَ28

28. O təsnim elə bir bulaqdır ki, on­dan Allaha ya­xın olanlar içər­lər.
83:29Cüz 30 · s. 588

إِنَّ الَّذِينَ أَجْرَمُوا كَانُوا مِنَ الَّذِينَ آمَنُوا يَضْحَكُونَ29

29. Doğrudan da, günahkarlar iman gətirənlərə gü­lür­dülər,
83:30Cüz 30 · s. 588

وَإِذَا مَرُّوا بِهِمْ يَتَغَامَزُونَ30

30. onların yanından keç­dik­də bir-birinə qaş-göz edirdilər,
83:31Cüz 30 · s. 588

وَإِذَا انْقَلَبُوا إِلَىٰ أَهْلِهِمُ انْقَلَبُوا فَكِهِينَ31

31. öz ailələrinin yanına fə­rəhlə qayı­dırdılar,
83:32Cüz 30 · s. 588

وَإِذَا رَأَوْهُمْ قَالُوا إِنَّ هَٰؤُلَاءِ لَضَالُّونَ32

32. möminləri gördükdə isə deyir­dilər: “Həqiqətən, bunlar az­mış­­lardır!”
83:33Cüz 30 · s. 588

وَمَا أُرْسِلُوا عَلَيْهِمْ حَافِظِينَ33

33. Halbuki bu günahkarlar onlara gözət­çi göndərilməmişdilər.
83:34Cüz 30 · s. 589

فَالْيَوْمَ الَّذِينَ آمَنُوا مِنَ الْكُفَّارِ يَضْحَكُونَ34

34. Bu gün isə iman gə­ti­rənlər ka­firlərə güləcəklər.
83:35Cüz 30 · s. 589

عَلَى الْأَرَائِكِ يَنْظُرُونَ35

35. Onlar taxtlar üstündə baxa­caqlar.
83:36Cüz 30 · s. 589

هَلْ ثُوِّبَ الْكُفَّارُ مَا كَانُوا يَفْعَلُونَ36

36. Kafirlər etdikləri əməllərin cəzasını al­dılarmı?!

Surənin əvvəlindən oxut

Muhammad Ayyub - Al-Mutaffifin · Tlawati