Surə 83 · Cüz 30
Al-Mutaffifin · 83:3
وَإِذَا كَالُوهُمْ أَوْ وَزَنُوهُمْ يُخْسِرُونَ
3. onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onları ziyana salarlar.
Təfsir
Özləri onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə ölçünü və çəkini naqis edirlər. Peyğəmbər (səllallahu aleyhi və səlləm) Mədinəyə hicrət etdiyi zaman Mədinəlilərin halı belə idi.