Surə 83 · Cüz 30
Al-Mutaffifin · 83:26
خِتَامُهُ مِسْكٌ ۚ وَفِي ذَٰلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَ
26. Onun möhürü müşkdür. Qoy yarışanlar ona nail olmaq üçün yarışsınlar!
Təfsir
Onun müşkünün iyi son məsafəyədək yayılacaq. Qoy yarışanlar Allahı razı salacaq əməlləri yerinə yetirməklə, üstəlik, Onu qəzəbə gətirəcək əməlləri tərk etməklə bu dəyərli mükafata nail olmaq üçün yarışsınlar.