Al-Muzzammil

سورة المزمل

Surə 73 · Məkki · 20 ayə

73:1Cüz 29 · s. 574

يَا أَيُّهَا الْمُزَّمِّلُ1

1. Ey libasına bürünüb ör­tünmüş pey­ğəmbər!
73:2Cüz 29 · s. 574

قُمِ اللَّيْلَ إِلَّا قَلِيلًا2

2. Az bir hissəsi istisna ol­maqla ge­cə­lər namaza dur!
73:3Cüz 29 · s. 574

نِصْفَهُ أَوِ انْقُصْ مِنْهُ قَلِيلًا3

3. Gecənin yarısını, yaxud on­dan bir az əskilt,
73:4Cüz 29 · s. 574

أَوْ زِدْ عَلَيْهِ وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا4

4. və ya ona artır. Quranı da aramla oxu!
73:5Cüz 29 · s. 574

إِنَّا سَنُلْقِي عَلَيْكَ قَوْلًا ثَقِيلًا5

5. Həqiqətən Biz sənə ağır bir Söz – Quran vəhy edəcəyik.
73:6Cüz 29 · s. 574

إِنَّ نَاشِئَةَ اللَّيْلِ هِيَ أَشَدُّ وَطْئًا وَأَقْوَمُ قِيلًا6

6. Sözsüz ki, gecə qalxmaq çox çətin və Quran oxumaq da­ha mü­nasibdir.
73:7Cüz 29 · s. 574

إِنَّ لَكَ فِي النَّهَارِ سَبْحًا طَوِيلًا7

7. Şübhəsiz ki, gündüz sə­nin üçün uzun-uzadı işlər var.
73:8Cüz 29 · s. 574

وَاذْكُرِ اسْمَ رَبِّكَ وَتَبَتَّلْ إِلَيْهِ تَبْتِيلًا8

8. Rəbbinin adını zikr et və özünü tamamilə Ona həsr et!
73:9Cüz 29 · s. 574

رَبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ لَا إِلَٰهَ إِلَّا هُوَ فَاتَّخِذْهُ وَكِيلًا9

9. O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa ibadə­tə layiq olan məbud yox­dur. Elə isə Onu özünə Hi­mayəçi götür!
73:10Cüz 29 · s. 574

وَاصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَاهْجُرْهُمْ هَجْرًا جَمِيلًا10

10. Müşriklərin dediklərinə səbir et və onlardan xoşluqla uzaq­laş.
73:11Cüz 29 · s. 574

وَذَرْنِي وَالْمُكَذِّبِينَ أُولِي النَّعْمَةِ وَمَهِّلْهُمْ قَلِيلًا11

11. Məni, ayələrimi yalan sa­yan var-dövlət sahibləri ilə tək bu­rax və onlara bir az möh­lət ver.
73:12Cüz 29 · s. 574

إِنَّ لَدَيْنَا أَنْكَالًا وَجَحِيمًا12

12. Həqiqətən, Bizdə onlar üçün qan­dallar və Cəhənnəm ha­zır­lan­mışdır,
73:13Cüz 29 · s. 574

وَطَعَامًا ذَا غُصَّةٍ وَعَذَابًا أَلِيمًا13

13. boğazda tıxanıb keçmə­yən yemək və ağrılı-acılı bir əzab da vardır.
73:14Cüz 29 · s. 574

يَوْمَ تَرْجُفُ الْأَرْضُ وَالْجِبَالُ وَكَانَتِ الْجِبَالُ كَثِيبًا مَهِيلًا14

14. O gün yer və dağlar tit­rəyəcək, dağ­lar səpələnən qum tə­pə­si­nə dönə­cək.
73:15Cüz 29 · s. 574

إِنَّا أَرْسَلْنَا إِلَيْكُمْ رَسُولًا شَاهِدًا عَلَيْكُمْ كَمَا أَرْسَلْنَا إِلَىٰ فِرْعَوْنَ رَسُولًا15

15. Həqiqətən, Biz Firona el­çi gön­dərdiyimiz kimi sizə də şa­hid­lik edə­cək elçi gön­dərdik.
73:16Cüz 29 · s. 574

فَعَصَىٰ فِرْعَوْنُ الرَّسُولَ فَأَخَذْنَاهُ أَخْذًا وَبِيلًا16

16. Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla ya­xa­la­dıq.
73:17Cüz 29 · s. 574

فَكَيْفَ تَتَّقُونَ إِنْ كَفَرْتُمْ يَوْمًا يَجْعَلُ الْوِلْدَانَ شِيبًا17

17. Əgər küfr etsəniz, uşaq­ları ağ saç­lı qocalara çevirəcək gün­dən ne­cə qorunacaqsı­nız?
73:18Cüz 29 · s. 574

السَّمَاءُ مُنْفَطِرٌ بِهِ ۚ كَانَ وَعْدُهُ مَفْعُولًا18

18. O gün göy parçalanacaq. Allahın vədi mütləq yerinə ye­tə­cək­.
73:19Cüz 29 · s. 574

إِنَّ هَٰذِهِ تَذْكِرَةٌ ۖ فَمَنْ شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ سَبِيلًا19

19. Həqiqətən, bu, bir nəsi­hətdir. Kim istəsə, Rəbbinə tə­rəf yö­nə­lər.
73:20Cüz 29 · s. 575

۞ إِنَّ رَبَّكَ يَعْلَمُ أَنَّكَ تَقُومُ أَدْنَىٰ مِنْ ثُلُثَيِ اللَّيْلِ وَنِصْفَهُ وَثُلُثَهُ وَطَائِفَةٌ مِنَ الَّذِينَ مَعَكَ ۚ وَاللَّهُ يُقَدِّرُ اللَّيْلَ وَالنَّهَارَ ۚ عَلِمَ أَنْ لَنْ تُحْصُوهُ فَتَابَ عَلَيْكُمْ ۖ فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ ۚ عَلِمَ أَنْ سَيَكُونُ مِنْكُمْ مَرْضَىٰ ۙ وَآخَرُونَ يَضْرِبُونَ فِي الْأَرْضِ يَبْتَغُونَ مِنْ فَضْلِ اللَّهِ ۙ وَآخَرُونَ يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ ۖ فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنْهُ ۚ وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَقْرِضُوا اللَّهَ قَرْضًا حَسَنًا ۚ وَمَا تُقَدِّمُوا لِأَنْفُسِكُمْ مِنْ خَيْرٍ تَجِدُوهُ عِنْدَ اللَّهِ هُوَ خَيْرًا وَأَعْظَمَ أَجْرًا ۚ وَاسْتَغْفِرُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ20

20. Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan səhabələrin bir qis­mi bəzən gecənin üçdə ikisinə yaxın qismini, bəzən ya­rı­sı­nı, bəzən də üçdə bi­rini iba­dət üçün du­rursunuz. Gecə və gün­düzü Allah öl­çüb mü­əy­­yən­­ləşdirir. O, sizin bunları he­sab­lamaqda çətin­lik çəkəcəyi­nizi bildiyi üçün, tövbələri­nizi qə­bul etdi. Elə isə na­maz qılar­kən Qu­ran­dan sizə asan gə­ləni oxu­yun! O bilir ki, bə­zi­ləriniz xəs­tə olacaq, di­gərlə­riniz Alla­hın mər­həmə­tindən ruzi əldə et­mək məqsədilə müx­təlif yer­lərə sə­fərə çıxacaq, bir qis­mi­niz də Allah yolunda vu­ru­şacaqdır. Buna görə namaz qı­larkən Qu­randan sizə asan olanı oxu­­yun! Na­maz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc ve­rin. Bu dünyada qabaq­cadan özü­nüzə hansı xeyirli əməl­ləri tə­da­rük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha bö­yük mü­ka­fatla əvəz olun­du­ğunu görəcəksiniz. Elə isə Allah­dan sizi əfv etməsini is­təyin! Şüb­həsiz ki, Allah Ba­ğışla­yan­dır, Rəhmlidir!

Surənin əvvəlindən oxut

Muhammad Ayyub - Al-Muzzammil · Tlawati