Surə 73 · Cüz 29

Al-Muzzammil · 73:20

۞ إِنَّ رَبَّكَ يَعْلَمُ أَنَّكَ تَقُومُ أَدْنَىٰ مِنْ ثُلُثَيِ اللَّيْلِ وَنِصْفَهُ وَثُلُثَهُ وَطَائِفَةٌ مِنَ الَّذِينَ مَعَكَ ۚ وَاللَّهُ يُقَدِّرُ اللَّيْلَ وَالنَّهَارَ ۚ عَلِمَ أَنْ لَنْ تُحْصُوهُ فَتَابَ عَلَيْكُمْ ۖ فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ ۚ عَلِمَ أَنْ سَيَكُونُ مِنْكُمْ مَرْضَىٰ ۙ وَآخَرُونَ يَضْرِبُونَ فِي الْأَرْضِ يَبْتَغُونَ مِنْ فَضْلِ اللَّهِ ۙ وَآخَرُونَ يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ ۖ فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنْهُ ۚ وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَقْرِضُوا اللَّهَ قَرْضًا حَسَنًا ۚ وَمَا تُقَدِّمُوا لِأَنْفُسِكُمْ مِنْ خَيْرٍ تَجِدُوهُ عِنْدَ اللَّهِ هُوَ خَيْرًا وَأَعْظَمَ أَجْرًا ۚ وَاسْتَغْفِرُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ

20. Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan səhabələrin bir qis­mi bəzən gecənin üçdə ikisinə yaxın qismini, bəzən ya­rı­sı­nı, bəzən də üçdə bi­rini iba­dət üçün du­rursunuz. Gecə və gün­düzü Allah öl­çüb mü­əy­­yən­­ləşdirir. O, sizin bunları he­sab­lamaqda çətin­lik çəkəcəyi­nizi bildiyi üçün, tövbələri­nizi qə­bul etdi. Elə isə na­maz qılar­kən Qu­ran­dan sizə asan gə­ləni oxu­yun! O bilir ki, bə­zi­ləriniz xəs­tə olacaq, di­gərlə­riniz Alla­hın mər­həmə­tindən ruzi əldə et­mək məqsədilə müx­təlif yer­lərə sə­fərə çıxacaq, bir qis­mi­niz də Allah yolunda vu­ru­şacaqdır. Buna görə namaz qı­larkən Qu­randan sizə asan olanı oxu­­yun! Na­maz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc ve­rin. Bu dünyada qabaq­cadan özü­nüzə hansı xeyirli əməl­ləri tə­da­rük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha bö­yük mü­ka­fatla əvəz olun­du­ğunu görəcəksiniz. Elə isə Allah­dan sizi əfv etməsini is­təyin! Şüb­həsiz ki, Allah Ba­ğışla­yan­dır, Rəhmlidir!

Təfsir

Ey Peyğəmbər! Həqiqətən, Rəbbin, sən və səninlə olan möminlərdən bir dəstə bəzən gecənin üçdə ikisinə yaxın qismini, bəzən yarısını, bəzən də üçdə birini ibadət üçün qalxdığınızı bilir. Gecə və gündüzün saatlarını Allah ölçüb müəyyənləşdirir. Pak və müqəddəs Allah bilir ki, siz bu saatları hesablayıb dəqiqləşdirə bilmirsiniz deyə, tələb olunanı yerinə yetirəmək üçün gecənin çox hissəsini namazda keçirmək sizə çətin gəlir. Odur ki, O, sizin tövbələrinizi qəbul etdi. Elə isə sizə asan gələcək qədər namaz qılın. Ey möminlər! Allah bilir ki, sizlərdən bəziləri xəstə olacaq və xəstəlik onları əldən salacaq, digərləri Allahın verdiyi ruzini əldə etmək üçün səfərə çıxacaq, bir qisminiz də Allahın razılığını qazanmaq və Onun kəlməsini ucaltmaq məqsədilə kafirlərlə vuruşacaq. Bu səbədən də, gecə namazını qılmaq onları məşəqqətə salacaq. Elə isə sizə asan gələcək qədər namaz qılın. Vacib namazları kamil şəkildə qılın, malınızın zəkatını verin və malınızdan Allah yolunda xərcləyin.Əvvəlcədən özünüz üçün nə xeyir tədarük etsəniz, onun daha xeyirlisilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan bağışlanma diləyin! Şübhəsiz ki, Allah tövbə edən qullarını bağışlayar və onlara rəhm edər!

Oxuyucuda aç - Surəni tam oxu