Surə 73 · Cüz 29

Al-Muzzammil · 73:16

فَعَصَىٰ فِرْعَوْنُ الرَّسُولَ فَأَخَذْنَاهُ أَخْذًا وَبِيلًا

16. Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla ya­xa­la­dıq.

Təfsir

Firon Rəbbi tərəfindən onun yanına göndərilmiş rəsula asi oldu. Buna görə də Biz onu bu dünyada dənizdə batırmaqla, axirətdə də Cəhənnəm əzabı ilə şiddətli cəzaya məruz qoyduq. Elə isə, sizə göndərilmiş rəsula asi olmayın, yoxsa Fironun başına gələnlər sizin də başınıza gələr.

Oxuyucuda aç - Surəni tam oxu