Al-Jinn

سورة الجن

Surə 72 · Məkki · 28 ayə

72:1Cüz 29 · s. 572

قُلْ أُوحِيَ إِلَيَّ أَنَّهُ اسْتَمَعَ نَفَرٌ مِنَ الْجِنِّ فَقَالُوا إِنَّا سَمِعْنَا قُرْآنًا عَجَبًا1

1. De: “Mənə vəhy olundu ki, cinlər­dən bir dəstə Quranı din­lə­dik­dən sonra öz tayfa­la­rı­na qayıdıb dedilər: “Həqiqə­tən, biz hey­rə­ta­miz bir Quran din­lədik!
72:2Cüz 29 · s. 572

يَهْدِي إِلَى الرُّشْدِ فَآمَنَّا بِهِ ۖ وَلَنْ نُشْرِكَ بِرَبِّنَا أَحَدًا2

2. O, doğru yola yönəldir. Biz ona inandıq və bundan son­ra əsla kim­səni Rəbbimizə şə­rik qoşmayacağıq.
72:3Cüz 29 · s. 572

وَأَنَّهُ تَعَالَىٰ جَدُّ رَبِّنَا مَا اتَّخَذَ صَاحِبَةً وَلَا وَلَدًا3

3. Doğrudan da, Rəbbi­mi­zin əzəməti çox yüksəkdir. O, nə zöv­cə, nə də öv­lad sahibi ol­mamışdır.
72:4Cüz 29 · s. 572

وَأَنَّهُ كَانَ يَقُولُ سَفِيهُنَا عَلَى اللَّهِ شَطَطًا4

4. Bizim səfehimiz İblis Alla­ha qarşı hədsiz yalanlar danı­şır.
72:5Cüz 29 · s. 572

وَأَنَّا ظَنَنَّا أَنْ لَنْ تَقُولَ الْإِنْسُ وَالْجِنُّ عَلَى اللَّهِ كَذِبًا5

5. Biz elə güman edirdik ki, nə insanlar, nə də cinlər Alla­h barəsində əsla yalan söyləməzlər.
72:6Cüz 29 · s. 572

وَأَنَّهُ كَانَ رِجَالٌ مِنَ الْإِنْسِ يَعُوذُونَ بِرِجَالٍ مِنَ الْجِنِّ فَزَادُوهُمْ رَهَقًا6

6. Həqiqətən, insanlardan bə­ziləri cin­lərin bəzilərinə sı­ğı­nır­dı­lar. Bu isə onla­rın azğın­lığını artırırdı.
72:7Cüz 29 · s. 572

وَأَنَّهُمْ ظَنُّوا كَمَا ظَنَنْتُمْ أَنْ لَنْ يَبْعَثَ اللَّهُ أَحَدًا7

7. Onlar da siz zənn etdiyi­niz kimi, elə düşünürdülər ki, Allah ölən­ləri di­riltməyə­cək­.
72:8Cüz 29 · s. 572

وَأَنَّا لَمَسْنَا السَّمَاءَ فَوَجَدْنَاهَا مُلِئَتْ حَرَسًا شَدِيدًا وَشُهُبًا8

8. Biz səmaya qalxdıqda onun sərt gözətçilər və yandırıb-ya­xan alov­larla dolu olduğunun şahidi olduq.
72:9Cüz 29 · s. 572

وَأَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَاعِدَ لِلسَّمْعِ ۖ فَمَنْ يَسْتَمِعِ الْآنَ يَجِدْ لَهُ شِهَابًا رَصَدًا9

9. Halbuki daha öncə biz mələklərin söhbətinə qulaq asmaq üçün göyün bəzi yerlərində otu­rurduq. Amma kim indi onları dinləmək istə­sə, o, pus­quda göz­lə­yən yandırıb-yaxan alova rast gələr.
72:10Cüz 29 · s. 572

وَأَنَّا لَا نَدْرِي أَشَرٌّ أُرِيدَ بِمَنْ فِي الْأَرْضِ أَمْ أَرَادَ بِهِمْ رَبُّهُمْ رَشَدًا10

10. Biz bilmirik, bununla yer­dəkilərə pislik etmək qəsd edil­miş­dir, yoxsa Rəbbi onları doğ­ru yola yönəltmək is­tə­mişdir?
72:11Cüz 29 · s. 572

وَأَنَّا مِنَّا الصَّالِحُونَ وَمِنَّا دُونَ ذَٰلِكَ ۖ كُنَّا طَرَائِقَ قِدَدًا11

11. Əlbəttə, aramızda saleh əməl sahibləri də, onlar ki­mi ol­ma­yan­ları da var. Biz ay­rı-ayrı yollar tutmuşuq.
72:12Cüz 29 · s. 572

وَأَنَّا ظَنَنَّا أَنْ لَنْ نُعْجِزَ اللَّهَ فِي الْأَرْضِ وَلَنْ نُعْجِزَهُ هَرَبًا12

12. Biz yəqin etdik ki, yer üzündə Allah­dan yaxa qurtara bil­mə­rik. Göyə qaç­malı olsaq da Onun əzabından yayı­na bil­mə­yə­cə­yik.
72:13Cüz 29 · s. 572

وَأَنَّا لَمَّا سَمِعْنَا الْهُدَىٰ آمَنَّا بِهِ ۖ فَمَنْ يُؤْمِنْ بِرَبِّهِ فَلَا يَخَافُ بَخْسًا وَلَا رَهَقًا13

13. Biz doğru yolu göstərən rəhbəri eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən, nə savabının azal­ma­sın­dan, nə də haqsızlığa uğra­maq­dan qorxar.
72:14Cüz 29 · s. 573

وَأَنَّا مِنَّا الْمُسْلِمُونَ وَمِنَّا الْقَاسِطُونَ ۖ فَمَنْ أَسْلَمَ فَأُولَٰئِكَ تَحَرَّوْا رَشَدًا14

14. Sözsüz ki, bizlərdən mü­səlman­lar da var, doğru yoldan sa­pan­lar da. Müsəlman olan şəxslər doğru yol tutan­lardır.
72:15Cüz 29 · s. 573

وَأَمَّا الْقَاسِطُونَ فَكَانُوا لِجَهَنَّمَ حَطَبًا15

15. Doğru yoldan sapanlar Cə­hənnəm üçün odun olacaq­lar”.
72:16Cüz 29 · s. 573

وَأَنْ لَوِ اسْتَقَامُوا عَلَى الطَّرِيقَةِ لَأَسْقَيْنَاهُمْ مَاءً غَدَقًا16

16. Əgər onlar o yolda sabit qalsay­dılar, Biz onlara bol-bol su ve­rərdik.
72:17Cüz 29 · s. 573

لِنَفْتِنَهُمْ فِيهِ ۚ وَمَنْ يُعْرِضْ عَنْ ذِكْرِ رَبِّهِ يَسْلُكْهُ عَذَابًا صَعَدًا17

17. Belə edərdik ki, bununla onları sı­nayaq. Kim öz Rəb­bi­nin zik­rin­dən üz döndərərsə, O, hə­min şəxsi getdikcə artan şiddətli bir əzaba məruz qo­yar.
72:18Cüz 29 · s. 573

وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا18

18. Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Elə isə Allahla yanaşı heç kəsə dua etmə­yin!
72:19Cüz 29 · s. 573

وَأَنَّهُ لَمَّا قَامَ عَبْدُ اللَّهِ يَدْعُوهُ كَادُوا يَكُونُونَ عَلَيْهِ لِبَدًا19

19. Allahın qulu qalxıb Alla­ha dua etdikdə cinlər az qala onun döv­rəsində bir-birinə ke­çib çəpər yaradırdılar.
72:20Cüz 29 · s. 573

قُلْ إِنَّمَا أَدْعُو رَبِّي وَلَا أُشْرِكُ بِهِ أَحَدًا20

20. De: “Mən yalnız öz Rəb­bimə dua edirəm və kimisə Ona şə­rik qoşmu­ram!”
72:21Cüz 29 · s. 573

قُلْ إِنِّي لَا أَمْلِكُ لَكُمْ ضَرًّا وَلَا رَشَدًا21

21. De: “Mən sizə nə ziyan verməyə, nə də sizi doğru yola yö­nəlt­məyə qadir deyiləm!”
72:22Cüz 29 · s. 573

قُلْ إِنِّي لَنْ يُجِيرَنِي مِنَ اللَّهِ أَحَدٌ وَلَنْ أَجِدَ مِنْ دُونِهِ مُلْتَحَدًا22

22. De: “Həqiqətən, məni Allahdan heç kəs xilas edə bil­məz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm!
72:23Cüz 29 · s. 573

إِلَّا بَلَاغًا مِنَ اللَّهِ وَرِسَالَاتِهِ ۚ وَمَنْ يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَإِنَّ لَهُ نَارَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا أَبَدًا23

23. Mənim əlimdən gələn an­caq Allahı və Onun göndər­dik­lərini təb­liğ et­mək­dir. Kim Alla­ha və Onun Elçisinə asi olarsa, onun üçün içərisində əbədi qa­la­caqları Cəhənnəm odu ha­zır­lan­mış­dır”.
72:24Cüz 29 · s. 573

حَتَّىٰ إِذَا رَأَوْا مَا يُوعَدُونَ فَسَيَعْلَمُونَ مَنْ أَضْعَفُ نَاصِرًا وَأَقَلُّ عَدَدًا24

24. Onlar özlərinə vəd olun­muş əzabı gördükləri zaman ki­min kö­məkçisinin daha zəif və sayca daha az olduğunu bilə­cəklər.
72:25Cüz 29 · s. 573

قُلْ إِنْ أَدْرِي أَقَرِيبٌ مَا تُوعَدُونَ أَمْ يَجْعَلُ لَهُ رَبِّي أَمَدًا25

25. De: “Mən sizə vəd olun­muş əza­bın yaxın olduğunu və ya­xud Rəbbimin onun üçün uzun bir müddət təyin etmiş olduğunu bil­mirəm.
72:26Cüz 29 · s. 573

عَالِمُ الْغَيْبِ فَلَا يُظْهِرُ عَلَىٰ غَيْبِهِ أَحَدًا26

26. O, qeybi biləndir və Öz qeybini heç kəsə açmaz;
72:27Cüz 29 · s. 573

إِلَّا مَنِ ارْتَضَىٰ مِنْ رَسُولٍ فَإِنَّهُ يَسْلُكُ مِنْ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ رَصَدًا27

27. razı qaldığı elçidən baş­qa. Həqi­qətən, Allah onların önündə və arxasın­da gözət­çi­lər qoyur ki,
72:28Cüz 29 · s. 573

لِيَعْلَمَ أَنْ قَدْ أَبْلَغُوا رِسَالَاتِ رَبِّهِمْ وَأَحَاطَ بِمَا لَدَيْهِمْ وَأَحْصَىٰ كُلَّ شَيْءٍ عَدَدًا28

28. hər kəs onların, Rəbbi­nin göndər­diklərini necə təbliğ et­di­yi­ni bilsin. Allah onların nə etdiklərini nəzarəti altında sax­layır və hər şeyi ayrı-ayrılıqda hesaba alır”.

Surənin əvvəlindən oxut

Fares Abbad - Al-Jinn · Tlawati