Surə 72 · Cüz 29
Al-Jinn · 72:5
وَأَنَّا ظَنَنَّا أَنْ لَنْ تَقُولَ الْإِنْسُ وَالْجِنُّ عَلَى اللَّهِ كَذِبًا
5. Biz elə güman edirdik ki, nə insanlar, nə də cinlər Allah barəsində əsla yalan söyləməzlər.
Təfsir
Biz elə güman edirdik ki, insanlardan və cinlərdən olan müşriklər Allah barəsində, zövcə və övlad xüsusunda əsla yalan danışmazlar. Elə buna görə də biz onlara təqlid edərək onların dediklərini təsdiqlədik.