Surə 72 · Cüz 29
Al-Jinn · 72:6
وَأَنَّهُ كَانَ رِجَالٌ مِنَ الْإِنْسِ يَعُوذُونَ بِرِجَالٍ مِنَ الْجِنِّ فَزَادُوهُمْ رَهَقًا
6. Həqiqətən, insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. Bu isə onların azğınlığını artırırdı.
Təfsir
Cahiliyyət dövründə insanlardan bəziləri qorxulu bir yerə getdikdə orada cinlərin bəzilərinə sığınırdılar. Onlardan bəzisi deyərdi: "Bu vadidə yaşayan tayfanın səfehlərinin şərindən onun seyyidinə sığınıram." Beləliklə də, həmin adamların cinlərdən olan qorxusu, o adamların ancaq azğınlığını artırırdı.