المختصر (الأذرية)
سورة الرعد · 13:19۞ أَفَمَنْ يَعْلَمُ أَنَّمَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ الْحَقُّ كَمَنْ هُوَ أَعْمَىٰ ۚ إِنَّمَا يَتَذَكَّرُ أُولُو الْأَلْبَابِ
19. Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, kora bənzəyə bilərmi? Bundan ancaq ağıl sahibləri ibrət alarlar.
التفسير
Ey Peyğəmbər! Allahın sənə nazil etdiyinin haqq olduğunu, onda heç bir şəkk-şübhə olmadığını bilən, Allahın dəvətinə icabət edən mömin kimsə, kora olan, Allahın dəvətinə icabət etməyən kafir ilə əsla eyni dərəcədə ola bilməz. Bundan ancaq sağlam ağıl sahibləri düşünüb ibrət alarlar!