المختصر (الأذرية)
سورة الرعد · 13:18لِلَّذِينَ اسْتَجَابُوا لِرَبِّهِمُ الْحُسْنَىٰ ۚ وَالَّذِينَ لَمْ يَسْتَجِيبُوا لَهُ لَوْ أَنَّ لَهُمْ مَا فِي الْأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لَافْتَدَوْا بِهِ ۚ أُولَٰئِكَ لَهُمْ سُوءُ الْحِسَابِ وَمَأْوَاهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ الْمِهَادُ
18. Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl nemət – Cənnət hazırlanmışdır. Onun dəvətini qəbul etməyənlərə gəlincə, yer üzündə olan var-dövlətin hamısı, üstəlik bir o qədəri də onların olsaydı, əzabdan qurtarmaq üçün onu mütləq fidyə verərdilər. Onlarla dəhşətli bir haqq-hesab çəkiləcəkdir. Onların gedəcəkləri yer Cəhənnəmdir. Ora nə pis yataqdır!
التفسير
Rəbbinin vəhdaniyyət və Onun itaət çağırışını qəbul edənlər möminlər üçün mükafatın ən gözəli olan Cənnət mükafatı vardır. Rəbbinin vəhdaniyyət və Onun itaət çağırışını qəbul etməyən kafirlərələrə gəlincə, yer üzündə olan var-dövlətin hamısı, üstəlik bir o qədəri də onların olsaydı, canlarını Allahın əzabdan qurtarmaq üçün onu mütləq fidyə verərdilər. Allahın dəvətinə cavab verməyən kafirlər, etdikləri pis əməllərə görə haqq-hesaba çəkiləcəkdir. Onların gedəcəkləri yer Cəhənnəmdir. Döşəkləri və qərar tutacaqları o atəş, necə də pis yerdir!