المختصر (الأذرية)
سورة العنكبوت · 29:28وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ إِنَّكُمْ لَتَأْتُونَ الْفَاحِشَةَ مَا سَبَقَكُمْ بِهَا مِنْ أَحَدٍ مِنَ الْعَالَمِينَ
28. Lutu da xatırla! Bir zaman o öz qövmünə belə demişdi: “Doğrudan da, siz özünüzdən əvvəlki aləmlərdən heç kəsin etmədiyi iyrənc bir iş tutursunuz.
تفسیر
Ey Peyğəmbər! Lutun bir zaman o öz qövmünə belə dediyini də xatırla: "Şübhəsiz ki siz, sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi çirkin bir günahı edirsiniz. Siz sağlam fitrət sahibinin qəbul etmədiyi bu çirkin günahı ilk dəfə edən kimsələrsiniz!"