المختصر (الأذرية)
سورة العنكبوت · 29:27وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ وَجَعَلْنَا فِي ذُرِّيَّتِهِ النُّبُوَّةَ وَالْكِتَابَ وَآتَيْنَاهُ أَجْرَهُ فِي الدُّنْيَا ۖ وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ
27. Biz ona İshaqı və Yəqubu bağışladıq. Onun nəslinə peyğəmbərlik və Kitab bəxş etdik. Dünyada onun mükafatını verdik. Şübhəsiz ki, o, axirətdə əməlisalehlərdən olacaqdır!
تفسیر
Biz İbrahimə, İshaqı və onun oğlu Yəqubu bağışladıq. Onun övladlarına peyğəmbərlik və Allah yanından nazil edilən kitablar bəxş etdik. Dünyada haqq üzərində sabitqədəm olduğuna görə etdiyi səbrin mükafatı olaraq ona saleh övladlar və insanların gözəl tərifini verdik. Şübhəsiz ki, o, axirətdə əməlisaleh kimsələrin aldığı mükafatı olacaqdır. Dünyada ona verilənlər, onun üçün hazırlanmış çox dəyərli axirət mükafatından əksildilməyəcəkdir.