Surə 90 · Cüz 30
Al-Balad · 90:17
ثُمَّ كَانَ مِنَ الَّذِينَ آمَنُوا وَتَوَاصَوْا بِالصَّبْرِ وَتَوَاصَوْا بِالْمَرْحَمَةِ
17. Sonra isə iman gətirənlərdən, bir-birinə səbir tövsiyə edənlərdən və mərhəmət tövsiyə edənlərdən olmaqdır.
Təfsir
Sonra isə Allaha iman gətirənlərdən, (Allaha) itaət etməkdə, asiliklərdən çəkinməkdə və müsibətlərə səbir etməkdə bir-birinə səbirli olmağı tövsiyə edənlərdən və bir-birinə Allahın qullarına mərhəmət göstərməyi tövsiyə edənlərdən olmaqdır.