لَا أُقْسِمُ بِهَٰذَا الْبَلَدِ1
Al-Balad
سورة البلد
Surə 90 · Məkki · 20 ayə
90:1Cüz 30 · s. 594
1. And içirəm bu şəhərə (Məkkəyə)!
90:2Cüz 30 · s. 594
وَأَنْتَ حِلٌّ بِهَٰذَا الْبَلَدِ2
2. Sən də o şəhərin sakinisən.
90:3Cüz 30 · s. 594
وَوَالِدٍ وَمَا وَلَدَ3
3. And olsun valideynə və onun törəməsinə!
90:4Cüz 30 · s. 594
لَقَدْ خَلَقْنَا الْإِنْسَانَ فِي كَبَدٍ4
4. Biz insanı çətinlik içində xəlq etdik.
90:5Cüz 30 · s. 594
أَيَحْسَبُ أَنْ لَنْ يَقْدِرَ عَلَيْهِ أَحَدٌ5
5. O, heç kəsin ona gücü çatmayacağınımı güman edir?!
90:6Cüz 30 · s. 594
يَقُولُ أَهْلَكْتُ مَالًا لُبَدًا6
6. O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!”
90:7Cüz 30 · s. 594
أَيَحْسَبُ أَنْ لَمْ يَرَهُ أَحَدٌ7
7. O, heç kəsin onu görməyəcəyinimi zənn edir?!
90:8Cüz 30 · s. 594
أَلَمْ نَجْعَلْ لَهُ عَيْنَيْنِ8
8. Biz ona iki göz vermədikmi?!
90:9Cüz 30 · s. 594
وَلِسَانًا وَشَفَتَيْنِ9
9. Eləcə də, bir dil və iki dodaq vermədikmi?!
90:10Cüz 30 · s. 594
وَهَدَيْنَاهُ النَّجْدَيْنِ10
10. Onu iki yolu – doğru və əyri yolu göstərmədikmi?!
90:11Cüz 30 · s. 594
فَلَا اقْتَحَمَ الْعَقَبَةَ11
11. Fəqət o, sərt yoxuşu aşa biləmədi.
90:12Cüz 30 · s. 594
وَمَا أَدْرَاكَ مَا الْعَقَبَةُ12
12. Sən nə bilirsən ki, sərt yoxuş nədir?
90:13Cüz 30 · s. 594
فَكُّ رَقَبَةٍ13
13. O, bir kölə azad etməkdir
90:14Cüz 30 · s. 594
أَوْ إِطْعَامٌ فِي يَوْمٍ ذِي مَسْغَبَةٍ14
14. və ya aclıq günündə möhtaca yemək verməkdir –
90:15Cüz 30 · s. 594
يَتِيمًا ذَا مَقْرَبَةٍ15
15. qohumluğu çatan bir yetimə,
90:16Cüz 30 · s. 594
أَوْ مِسْكِينًا ذَا مَتْرَبَةٍ16
16. yaxud aclıqdan yerə uzanmış kasıba!
90:17Cüz 30 · s. 594
ثُمَّ كَانَ مِنَ الَّذِينَ آمَنُوا وَتَوَاصَوْا بِالصَّبْرِ وَتَوَاصَوْا بِالْمَرْحَمَةِ17
17. Sonra isə iman gətirənlərdən, bir-birinə səbir tövsiyə edənlərdən və mərhəmət tövsiyə edənlərdən olmaqdır.
90:18Cüz 30 · s. 594
أُولَٰئِكَ أَصْحَابُ الْمَيْمَنَةِ18
18. Onlar sağ tərəf sahibləridir.
90:19Cüz 30 · s. 595
وَالَّذِينَ كَفَرُوا بِآيَاتِنَا هُمْ أَصْحَابُ الْمَشْأَمَةِ19
19. Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir.
90:20Cüz 30 · s. 595
عَلَيْهِمْ نَارٌ مُؤْصَدَةٌ20
20. Onları hər tərəfdən qaplayan bir Od gözləyir.