Surə 9 · Cüz 10
At-Tawbah · 9:92
وَلَا عَلَى الَّذِينَ إِذَا مَا أَتَوْكَ لِتَحْمِلَهُمْ قُلْتَ لَا أَجِدُ مَا أَحْمِلُكُمْ عَلَيْهِ تَوَلَّوْا وَأَعْيُنُهُمْ تَفِيضُ مِنَ الدَّمْعِ حَزَنًا أَلَّا يَجِدُوا مَا يُنْفِقُونَ
92. Miniklə təmin edəsən deyə sənin yanına gəldikdə: “Sizin üçün minik tapa bilmirəm”– dediyin zaman cihad üçün xərcləməyə bir şey tapa bilmədiklərindən ötrü kədərlənib gözləri dolmuş halda geri dönənlərin də heç bir günahı yoxdur.
Təfsir
Ey Peyğəmbər! Miniklə təmin edəsən deyə sənin yanına gəldikdə: "Sizin üçün minik tapa bilmirəm" – dediyin zaman cihad üçün nə özlərində, nə də ki, səndə, xərcləməyə bir şey tapa bilmədiklərindən ötrü kədərlənib, təəssüf hissi keçirərək, gözləri yaşla dolmuş halda geri dönüb, cihada çıxa bilməyib geridə qalan kimsələrə də heç bir günah yoxdur.