Surə 9 · Cüz 10

At-Tawbah · 9:91

لَيْسَ عَلَى الضُّعَفَاءِ وَلَا عَلَى الْمَرْضَىٰ وَلَا عَلَى الَّذِينَ لَا يَجِدُونَ مَا يُنْفِقُونَ حَرَجٌ إِذَا نَصَحُوا لِلَّهِ وَرَسُولِهِ ۚ مَا عَلَى الْمُحْسِنِينَ مِنْ سَبِيلٍ ۚ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ

91. Allaha və Onun Elçisinə sadiq qalacaqları təqdirdə aciz­lərə, xəstələrə və döyüşdə vu­ruş­mağa vəsait tapa bil­məyən­lərə evdə qal­maq­da heç bir gü­nah yoxdur. Yaxşı işlər gö­rən­ləri dan­la­mağa əsas da yox­dur. Allah Ba­ğış­la­yandır, Rəhm­li­dir.

Təfsir

Allaha ixlasla ibadət edib, Onun Elçisinə tabe olub və onun şəriətinə əməl edəcəkləri təqdirdə qadınlara, uşaqlara, xəstələrə, aciz­lərə, korlara və döyüşdə vu­ruş­mağa vəsait tapa bil­məyən fəqir­lərə və bütün bu kimsələrin hamısının evində qal­ıb, döyüşə çıxmamasında heç bir gü­nah yoxdur. Çünki onlar sözün həqiqi mənasında üzürlü insanlardırlar. Bu üzürlü insanlardan yaxşı işlər gö­rən­lərə əzab verməyə isə heç bir əsas yox­dur. Allah yaxşı işlər gö­rən­ləri ba­ğış­la­yandır və onlara qarşı rəhm­li­dir.

Oxuyucuda aç - Surəni tam oxu