Surə 9 · Cüz 10
At-Tawbah · 9:80
اسْتَغْفِرْ لَهُمْ أَوْ لَا تَسْتَغْفِرْ لَهُمْ إِنْ تَسْتَغْفِرْ لَهُمْ سَبْعِينَ مَرَّةً فَلَنْ يَغْفِرَ اللَّهُ لَهُمْ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَرَسُولِهِ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ
80. Onların bağışlanması üçün dua etsən də, etməsən də, hətta onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər. Allah günahkar insanları doğru yola yönəltməz.
Təfsir
Ey Peyğəmbər! Münafiqlərin bağışlanması üçün Allaha dua etsən də, etməsən də, hətta onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, bu sayın çoxluğuna rəğmən, yenə də onlar Allahın məğfirətinə əsla nail ola bilməyəcəklər. Bu onların, Allaha və Onun Elçisinə küfür etdiklərinə görədir. Allah bilərəkdən Onun şəriətindən uzaqlaşan insanları haqq yoluna müvəffəq etməz.