Surə 9 · Cüz 10
At-Tawbah · 9:79
الَّذِينَ يَلْمِزُونَ الْمُطَّوِّعِينَ مِنَ الْمُؤْمِنِينَ فِي الصَّدَقَاتِ وَالَّذِينَ لَا يَجِدُونَ إِلَّا جُهْدَهُمْ فَيَسْخَرُونَ مِنْهُمْ ۙ سَخِرَ اللَّهُ مِنْهُمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
79. Möminlərdən könüllü surətdə sədəqə verənlərə və çətinliklə tapdıqlarını verənlərə eyib tutanları, onları məsxərəyə qoyanları, Allah məsxərəyə qoyacaqdır. Onları ağrılı-acılı bir əzab gözləyir.
Təfsir
Möminlərdən çətinliklə əldə etdikləri az bir şeydən könül xoşluğu ilə sədəqə verənlərə eyib tutanları, onları məsxərəyə qoyub: "Bunların verdiyi sədəqənin nə faydası olacaqdır?!" – deyərək, möminləri məsxərəyə qoyduqları üçün Allah da onları məsxərəyə qoyacaqdır. Onları ağrılı-acılı bir əzab gözləyir.