Surə 9 · Cüz 10
At-Tawbah · 9:70
أَلَمْ يَأْتِهِمْ نَبَأُ الَّذِينَ مِنْ قَبْلِهِمْ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ وَقَوْمِ إِبْرَاهِيمَ وَأَصْحَابِ مَدْيَنَ وَالْمُؤْتَفِكَاتِ ۚ أَتَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ ۖ فَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَٰكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ
70. Məgər onlara özlərindən əvvəlkilərin – Nuh qövmünün, Ad və Səmud tayfalarının, İbrahim qövmünün, Mədyən əhalisinin və alt-üst edilmiş kəndin – Lut tayfasının xəbərləri gəlib çatmayıb? Elçiləri onlara açıq-aydın dəlillər gətirmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.
Təfsir
Məgər o münafiqlərə özlərindən əvvəlki yalan sayan ümmətlərin etdikləri əməllər və bu səbəbdən onların başına gələn müsibətlərin xəbəri –Nuh qövmünün, Hud qövmünün, Saleh qövmünün, İbrahim qövmünün, Mədyən əhalisinin və Lut qövmünün alt-üst edilmiş kəndin xəbəri – gəlib çatmadımı? Elçiləri onlara açıq-aydın dəlillər gətirmişdilər. Allah onlara zülm etmədi, çünki Elçiləri onlara xəbərdarlıq etmişdir, lakin onlar Allaha küfür etməklə və Elçiləri yalan saymaqla özləri özlərinə zülm etdilər.