Surə 9 · Cüz 10

At-Tawbah · 9:69

كَالَّذِينَ مِنْ قَبْلِكُمْ كَانُوا أَشَدَّ مِنْكُمْ قُوَّةً وَأَكْثَرَ أَمْوَالًا وَأَوْلَادًا فَاسْتَمْتَعُوا بِخَلَاقِهِمْ فَاسْتَمْتَعْتُمْ بِخَلَاقِكُمْ كَمَا اسْتَمْتَعَ الَّذِينَ مِنْ قَبْلِكُمْ بِخَلَاقِهِمْ وَخُضْتُمْ كَالَّذِي خَاضُوا ۚ أُولَٰئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ ۖ وَأُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ

69. Onlar da sizdən əvvəl ya­şamış münafiqlər kimidirlər. On­lar sizdən qüv­vədə daha üs­tün, mal-dövlət və övlad baxı­mından da­ha çox idilər. Onlar öz payla­rından zövq aldılar. Sizdən əvvəl­kilər öz payların­dan zövq aldıq­ları ki­mi, siz də öz payınızdan zövq al­dı­nız. Onlar batil fikirlərə daldıqları kimi, siz də daldınız. Onların əməlləri dünyada da, axi­rətdə də heçə getmişdir. Məhz onlar zi­ya­na uğrayanlardır.

Təfsir

Ey münafiqlər! Siz, küfür və istehza etməkdə eyni ilə sizdən əvvəlki yalan sayan ümmətlər kimisiniz. On­lar sizdən qüv­vədə daha üs­tün, mal-dövlət və oğul-uşaq baxı­mından da­ha çox idilər. Onlar dünyadakı öz payla­rından və ləzzətlərindən zövq aldılar. Ey münafiqlər! Sizdən əvvəlki yalan sayan ümmətlər, öz payların­dan zövq aldıq­ları ki­mi, siz də öz payınızdan zövq al­dı­nız. Onlar haqqı yalan sayıb, Peyğəmbərə tənə etdikləri kimi, siz də haqqı yalan sayıb, Peyğəmbərə tənə etdiniz. Məhz bu çirkin sifətlərə sahib olan kimsələr, etdikləri küfürə görə Allah qatında əməlləri batil olan kimsələrdir. Məhz onlar, etdikləri günahlar ucbatından özlərini zi­ya­na uğradan kimsələrdir.

Oxuyucuda aç - Surəni tam oxu