Surə 9 · Cüz 10
At-Tawbah · 9:7
كَيْفَ يَكُونُ لِلْمُشْرِكِينَ عَهْدٌ عِنْدَ اللَّهِ وَعِنْدَ رَسُولِهِ إِلَّا الَّذِينَ عَاهَدْتُمْ عِنْدَ الْمَسْجِدِ الْحَرَامِ ۖ فَمَا اسْتَقَامُوا لَكُمْ فَاسْتَقِيمُوا لَهُمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَ
7. Məscidulharamın yanında saziş bağladığınız kəslər istisna olmaqla müşriklərin Allah və Onun Elçisi yanında nə əhdi ola bilər? Nə qədər ki, onlar sizinlə düzgün davranır, siz də onlarla düzgün davranın. Həqiqətən, Allah müttəqiləri sevir.
Təfsir
Ey müsəlmanlar! Hüdeybiyyə sülhü zamanı Məscidulharamın yanında saziş bağladığınız Allaha şərik qoşan müşriklər müstəsna olmaqla müşriklərin Allah və Onun Rəsulu yanında əhdinin və toxunulmazlığının olması səhih deyildir. Nə qədər ki, onlar sizinlə öz aranızda olan əhdə düzgün davranıb, əhdi pozmurlarsa, siz də onlarla düzgün davranıb onlarla öz aranızda olan əhdi pozmayın. Həqiqətən, Allah, Onun əmirlərinə tabe olub, qadağalarından çəkinən müttəqiləri sevər.