Surə 9 · Cüz 10

At-Tawbah · 9:6

وَإِنْ أَحَدٌ مِنَ الْمُشْرِكِينَ اسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّىٰ يَسْمَعَ كَلَامَ اللَّهِ ثُمَّ أَبْلِغْهُ مَأْمَنَهُ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَعْلَمُونَ

6. Əgər müşriklərdən biri sən­dən aman diləsə, ona aman ver ki, Allahın sö­zünü eşitsin. Sonra onu özünün xa­tir­cəm ol­duğu ye­rə çat­dır. Çünki onlar haqqı bilməyən bir qövmdür.

Təfsir

Ey Peyğəmbər! Əgər qanı və malı sizə halal olan müşriklərdən biri sən­dən onu himayə etməsini istəyərsə, onun Quranı dinləyənə qədər istədiyini yerinə yetir. Sonra onu özünün arxayın ol­duğu ye­rə çat­dır. Çünki kafirlər bu dinin həqiqətlərini anlamayan bir qövmdür. Əgər Quranı dinlədikdən sonra bu dini anlasalar ola bilsin ki, bəlkə Allaha iman gətirsinlər.

Oxuyucuda aç - Surəni tam oxu