Surə 9 · Cüz 10
At-Tawbah · 9:52
قُلْ هَلْ تَرَبَّصُونَ بِنَا إِلَّا إِحْدَى الْحُسْنَيَيْنِ ۖ وَنَحْنُ نَتَرَبَّصُ بِكُمْ أَنْ يُصِيبَكُمُ اللَّهُ بِعَذَابٍ مِنْ عِنْدِهِ أَوْ بِأَيْدِينَا ۖ فَتَرَبَّصُوا إِنَّا مَعَكُمْ مُتَرَبِّصُونَ
52. De: “Doğrudanmı siz bizlərə iki uğurdan – qələbədən və ya şəhidlikdən birinin yetişməsini gözləyirsiniz? Biz isə ya Allahın Özü tərəfindən və yaxud da bizim əllərimizlə sizi əzaba düçar etməsini gözləyirik. Siz gözləyin; şübhəsiz ki, biz də sizinlə birlikdə gözləyirik”.
Təfsir
Ey Peyğəmbər! Onlara de: "Doğrudanmı siz bizlərə qələbə və ya şəhidlik yetişməsini gözləyirsiniz? Biz isə ya Allahın Özü tərəfindən və da bizim əllərimizlə sizi məhv etməsini yaxud da ki, Allah bizə sizinlə döyüşməyə izin verdiyi təqdirdə sizi əsir götürməyimizi gözləyirik. Siz bizim sonumuzu gözləyin; şübhəsiz ki, biz də sizin sonunuzu gözləyirik".