Surə 9 · Cüz 10
At-Tawbah · 9:51
قُلْ لَنْ يُصِيبَنَا إِلَّا مَا كَتَبَ اللَّهُ لَنَا هُوَ مَوْلَانَا ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ
51. De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər!”
Təfsir
Ey Peyğəmbər! O münafiqlərə de: "Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim himayədarımız və mövlamızdır. Biz işlərimizi ona təvəkkül edirik. Qoy möminlərdə işlərini yalnız Ona həvalə etsinlər. Əgər belə etsələr Allah onlara kifayət edəndir, O nə gözəl vəkildir!"