Surə 9 · Cüz 10

At-Tawbah · 9:41

انْفِرُوا خِفَافًا وَثِقَالًا وَجَاهِدُوا بِأَمْوَالِكُمْ وَأَنْفُسِكُمْ فِي سَبِيلِ اللَّهِ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ

41. Sizə yüngül gəlsə də, ağır gəlsə də, döyüşə çıxın, ma­lınız və ca­nınızla Allah yolunda ci­had edin! Biləsiniz ki, bu si­zin üçün da­ha xeyirlidir.

Təfsir

Ey möminlər! Çətin və rahat vaxtınızdan aslı olmayaraq, qocalı-cavanlı hamınız Allah yolunda cihad etmək üçün çıxın. Ma­lınız və ca­nınızla ci­had edin! Çünki ma­lınız və ca­nınızla ci­had etməniz, evdlərinizdə otururaraq malınızı və canınızı salamat saxlamaqdan, dünya və axirət mənfəəti baxımından si­zin üçün da­ha xeyirlidir. Əgər bunu bilirsinizsə, əldən verməyin.

Oxuyucuda aç - Surəni tam oxu