Surə 9 · Cüz 10

At-Tawbah · 9:40

إِلَّا تَنْصُرُوهُ فَقَدْ نَصَرَهُ اللَّهُ إِذْ أَخْرَجَهُ الَّذِينَ كَفَرُوا ثَانِيَ اثْنَيْنِ إِذْ هُمَا فِي الْغَارِ إِذْ يَقُولُ لِصَاحِبِهِ لَا تَحْزَنْ إِنَّ اللَّهَ مَعَنَا ۖ فَأَنْزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَيْهِ وَأَيَّدَهُ بِجُنُودٍ لَمْ تَرَوْهَا وَجَعَلَ كَلِمَةَ الَّذِينَ كَفَرُوا السُّفْلَىٰ ۗ وَكَلِمَةُ اللَّهِ هِيَ الْعُلْيَا ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ

40. Əgər siz Peyğəmbərə kö­mək et­mə­səniz, bilin ki, Allah ona ar­tıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nə­fər­dən ikincisi ola­raq Məkkədən çı­xart­dı­lar. O iki nəfər mağa­rada olar­kən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlə­dir!” Bun­dan sonra Allah ona arxa­yınlıq nazil etdi, sizin görmə­di­yi­niz döyüşçülər­lə ona yar­dım göstərdi və kafir­lərin sö­zü­nü al­çalt­dı. Ancaq Alla­hın Sözü uca­dır. Allah Qüd­rətlidir, Hikmət sahibidir.

Təfsir

Ey möminilər! Əgər siz Allahın Elçisinə (sallallahu aleyhi və səlləm) kö­mək et­mə­səniz və onun sizi Allah yolunda çihada çıxmaq çağırışına cavab verməsəniz bilin ki, Allah ona artıq müşriklər onu və Əbu Bəkri (Allah ondan razı olsun) Məkkədən çıxartdıqları zaman siz olmadan da kömək göstərmişdir. Kafirlər onları axtardıqları vaxt mağarada gizləndikdə onlar yalnız iki nə­fər­ idilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) öz yoldaşının müşriklərin onları görəcəklərindən qorxduğu zaman ona: "Kədərlənmə, Allah Öz yardımı və dəstəyi ilə bizimlə­dir!" – dedi. Bun­dan sonra Allah Peyğəmbərin qəlbinə bir arxa­yınlıq nazil etdi, sizin görmə­di­yi­niz mələklərlə ona yar­dım göstərdi, müşriklərin sö­zü­nü al­çalt­dı və İslamı izzətləndirməklə Alla­h sözünü uca­dır. Allah zatında, güc-qüvvətində və mülkündə qüd­rətlidir sahibidir, kimsə Ona məğlub edə bilməz. O, işlərində, insanlar üçün təyin etdiyi qədərin də və həmçinin şəri hökmlərin də hikmət sahibidir.

Oxuyucuda aç - Surəni tam oxu