Surə 9 · Cüz 10
At-Tawbah · 9:36
إِنَّ عِدَّةَ الشُّهُورِ عِنْدَ اللَّهِ اثْنَا عَشَرَ شَهْرًا فِي كِتَابِ اللَّهِ يَوْمَ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ ۚ فَلَا تَظْلِمُوا فِيهِنَّ أَنْفُسَكُمْ ۚ وَقَاتِلُوا الْمُشْرِكِينَ كَافَّةً كَمَا يُقَاتِلُونَكُمْ كَافَّةً ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقِينَ
36. Həqiqətən, Allah yanında ayların sayı on ikidir. Bunu da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin. Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir.
Təfsir
Həqiqətən, Allah dərgahında il ərzindəki ayların sayı on iki aydır. Allah bunu göyləri və yeri yaratdığı ən birinci gündə Lövhi-Məhfuzda yazmışdır. Allah bu on iki ayın dörd ayında döyüşməyi haram etmişdir. Bu ayların üçü: zülqədə, zülhiccə və məhərrəm ayları ardıcıl haram aylardır. O, bir ay isə, bu üç aydan ayrı olan rəcəb ayıdır. Sizə deyilən il ərzindəki ayların sayı və bu aylardan dördünün haram aylar olması doğru düzgün dindir. Odur ki, bu aylarda düşmənlə döyüşə başlamaqla və bu ayların haramlığına səhlənkar yanaşmaqla öz canınıza zülm etməyin. Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah, Onun əmrlərinə tabe olub Ondan qorxan və qadağalarından çəkinən müttəqilərlə Öz yardımı ilə birgədir. Allah kiminlə birgə olarsa onu heç kəs məğlub edə bilməz.