Surə 9 · Cüz 10

At-Tawbah · 9:35

يَوْمَ يُحْمَىٰ عَلَيْهَا فِي نَارِ جَهَنَّمَ فَتُكْوَىٰ بِهَا جِبَاهُهُمْ وَجُنُوبُهُمْ وَظُهُورُهُمْ ۖ هَٰذَا مَا كَنَزْتُمْ لِأَنْفُسِكُمْ فَذُوقُوا مَا كُنْتُمْ تَكْنِزُونَ

35. O gün bu yığdıqları sər­vət­lər Cə­hən­nəm odunda qız­dırıla­caq və bu­nun­la onların alınlarına, böyürlərinə və kü­rəklərinə damğa vu­rulacaq və onlara: “Budur özü­nüz üçün yığdıqlarınız. Elə isə da­dın yığ­­dıqlarınızı!”– deyilə­cəkdir.

Təfsir

Qiyamət gün yığdıqları və haqqını Allah yolunda xərcləmədikləri sər­vət­ləri Cə­hən­nəm odunda qız­dırıla­caq və bu sər­vət­lər atəşdə şiddətli qız­dırıldıqdan sonra bu­nun­la onların alınlarına, böyürlərinə və kü­rəklərinə damğa vu­rulacaq və onlara məzəmmət edilərək: "Bu sizin özü­nüz üçün yığıb, vacib haqqlarını vermədiyiniz var-dövlətinizdir. Elə isə da­dın yığ­­ıb, haqqını vermədiyiniz var-dövlətinizin əzabını!" – deyilə­cəkdir.

Oxuyucuda aç - Surəni tam oxu