Surə 9 · Cüz 10
At-Tawbah · 9:33
هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَىٰ وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ
33. Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstəricisi və haqq din ilə göndərən Odur.
Təfsir
Müşriklər istəməsə də, İslam dinini açıq-aydın dəlillər və hökmlərlə başqa dinlərdən üstün etmək və insanlara doğru yolu göstərmək üçün Muhamməd peyğəmbəri (sallallahu aleyhi və səlləm) Quranla göndərən Pak olan Allahdır.