Surə 9 · Cüz 10

At-Tawbah · 9:32

يُرِيدُونَ أَنْ يُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَيَأْبَى اللَّهُ إِلَّا أَنْ يُتِمَّ نُورَهُ وَلَوْ كَرِهَ الْكَافِرُونَ

32. Onlar ağızları ilə Alla­hın nu­runu söndürmək istəyir­lər. Allah isə buna yol verməz, ka­firlərin xoşuna gəlməsə də, O, Öz nu­runu tamamlayar.

Təfsir

Kafirlər və onlardan qeyriləri iftira ataraq və Muhammədin (sallallahu aleyhi və səlləm) gətirdiyi dini yalan sayaraq İslamın sonuna çıxmaq, onu məhv etmək və Allahın təkliyinə dəlalət edən açıq-aydın dəlillərin həqiqəti əks etmirmədyini isbat etmək istəyrlər. Şübhəsiz ki, Peyğəmbərin gətirdiyi haqqdır. Allah isə Öz dinini tamamlayıb, zahir edəcək və onu başqa dinlərdən üstün tutacaqdır. Allah, hətta ka­firlərin xoşuna gəlməsə də delə Öz dininin tamamlamasını, onu zahir edib, başqa dinlərdən üstün tutmasını mütləq edəcəkir. Bilin ki, əgər Allah bir işin olmasını istəyərsə, kimsə onun qarşısını əsla ala bilməz.

Oxuyucuda aç - Surəni tam oxu