Surə 9 · Cüz 10
At-Tawbah · 9:29
قَاتِلُوا الَّذِينَ لَا يُؤْمِنُونَ بِاللَّهِ وَلَا بِالْيَوْمِ الْآخِرِ وَلَا يُحَرِّمُونَ مَا حَرَّمَ اللَّهُ وَرَسُولُهُ وَلَا يَدِينُونَ دِينَ الْحَقِّ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ حَتَّىٰ يُعْطُوا الْجِزْيَةَ عَنْ يَدٍ وَهُمْ صَاغِرُونَ
29. Kitab verilənlərdən Allaha və Axirət gününə iman gətirməyən, Allahın və Onun Elçisinin haram buyurduğunu haram saymayan və həqiqi din olan İslama etiqad etməyənlərlə, zəlil günə qalıb öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun.
Təfsir
Ey möminlər! Şəriki olmayan Allaha və Qiyamət gününə iman gətirməyən, Allahın və Onun rəsulunun haram buyurduğu leşdən, donuz ətindən, şərabdan, sələmdən və s. bu kimi haramlardan çəkinməyən, Allahın əmrlərinə boyun əyməyən yəhudi və nəsranilərdən olan kafirlərlə, onlar zəlil halda öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun.